İtaliya beynəlxalq incəsənət sərgisində gənc iranlı sənətçilərin rəsm əsərləri nümayiş etdirilib
Parma şəhərində keçirilən İtaliya beynəlxalq incəsənət sərgisində gənc iranlı sənətçilərin rəsm əsərləri nümayiş etdirilib.
Bu sərgidə İran İslam Respublikasının Romadakı səfirliyinin mədəniyyət attaşesinin həmkarlığı və koordinasiyası ilə Bədii Mədəniyyət İnstitutuna üzv sənətçilərin 36 rəsm əsəri nümayiş etdirilib.
“Art fer Parma” adlı bu beynəlxalq sərgi Avropanın ən mötəbər beynəlxalq sərgilərindən biridir. Bu sərgi hər il oktyabr ayında yenilikçi sənətçilərin, məcmuə sahiblərinin, mötəbər qalereyaların, mədəniyyət və incəsənət müəssisələrinin iştirakı ilə Parma şəhərində keçirilir.
İranlı sənətkarlaın əksər əsərləri İran ədəbiyyatı və şeri korifeylərinin əsərlərindən, xüsusən Mövlananın irfani şerlərindən və onların şer və rəssamlıq sənətinin kombinasıyasındakı rolu və önəmindən qaynaqlanır.