Okt 17, 2019 16:29 Asia/Baku
  • Misirdə iyirmi qədim tabut tapılıb
    Misirdə iyirmi qədim tabut tapılıb

Misir arxeoloqları bu ölkənin cənubundakı Lüksor əyalətinin qərbində yerləşən Əl-Əssasif bölgəsində iyirmi qədim tabut tapıblar.

Misir Arxeoloji Abidələr Nazirliyi, rəngli naxışlarla bəzədilmiş bu taxta tabutların kəşfini, son illərin ən böyük və ən əhəmiyyətli kəşflərindən biri adlandırıb və bildirib ki, tabutların sayı baxımından 1881-ci ildə 153 tabutun və mumiyalanmış insanın olduğu gizli məkanın aşkar edildiyi zamandan bəri ən böyük kəşf hesab olunur.

Tabutlar Əl-Əssasif bölgəsində Nil çayının qərb tərəfindəki bir qəbiristanlıqda tapılıb. Tabutların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Misirli arxeoloq doktor Məhəmməd Hərraji, tabutların miladdan əvvəl 525-ci il ilə 1550-ci illər arasına aid olduğunu bildirib. Həmin zamanlarda Misir çiçəklənmə və inkişaf dövrünü yaşayırdı.