Okt 17, 2019 18:55 Asia/Baku
  • Avropada damüstə ən böyük bağ
    Avropada damüstə ən böyük bağ

Avropada damüstə ən böyük bağ Polşanın paytaxtı Varşavada yerləşir. Bu bağda yüz növ ağac və 120-dən çox kol var.

Yüzdən çox ağac və kola malik bir hektar genişliyində bir kitabxana.

M.K.- Bu bağ Polşa texniki universitetinin müəllimi Bayerz Kaş tərəfindən işlənib hazırlanıb və özəl və özünəməxsus dizayna, həmçinin pak mühit elementlərindən istifadəyə görə, dam üzərində misilsiz yaşıllıqlardan biridir.

Varşava şəhərinin qədim məhəllələrindən birində yerləşən bu şəhər kitabxanası qızılı, gümüşü, qıpqırmızı və yaşıl rənglərdən ibarət bir strukturdur ki, fərqli rənglərə malik bitki örtüyü, bölmələri müəyyən edir.

M.K.- Biz buraya tamaşa etmək üçün Ukraynadan gəlmişik. Bir dam üzərində müstəsna bir kitabxana mövcuddur.

Bu kitabxana körpülər və keçid yolu vasitəsilə bir-birinə qovuşubdur və Varşava şəhərinin ideal bir nöqtəsində özünü göstərir.

M.K.- Kitabxanaya çox gəlirəm. Kitabxana zalında yorularkən hava və təbiətdən istifadə etmək üçün dama çıxıram.

Bu bağ Avropada damüstə ən böyük bağ olaraq, qeydə alınıb və hər gün çoxlu sayda tamaşaçısı vardır.