Okt 18, 2019 11:55 Asia/Baku
  • "250 illik insan" kitabının alman tərcüməsinin təqdimatı olub

"250 illik insan" kitabının alman tərcüməsi Frankfurt beynəlxalq kitab sərgisindəki İran milli pavilyonunda alman naşir "Eslamika" nəşriyyatı nümayəndəsinin iştirakı ilə təqdim olunub.

"250 illik insan" kitabı İslam İnqilabının Böyük Rəhbərinin bəyanatları məcmuəsi olaraq, o həzrətin imamlar(ə)-ın mübarizələrinin siyasi həyatına baxış tərzindən söz açır.

Bu kitab belə bir mühüm cəhətə işarə edir ki, şiə imamlarının həyatı zahiri fərqlərə rəğmən, 250 il davam edən ardıcıl və uzun bir hərəkətdir.

"250 illik insan" kitabını "Eslamika" nəşriyyatı Bremen şəhərində nəşr edibdir. Bu kitab "Eslamika" nəşriyyatının baş redaktoru və universitet müəllimi Yavus Uzvaves tərəfindən tərcümə olunub. O, Almaniyada dünyaya gəlib. Türk mənşəli şiə müsəlmanlardandır. Ötən onilliklərdə Almaniyada şiə kitablarının nəşri barədə böyük fəaliyyətlər göstəribdir.