Okt 19, 2019 20:12 Asia/Baku
  • İranlı şahmatçı sionist rejim nümayəndəsi ilə görüşdən imtina edib

İranın gənclərin şahmat üzrə dünya çempionatındakı nümayəndəsi Seyyed Mohəmməd Əmin Təbatəbayi Hindistanda keçirilən bu çempionatda sionist rejim nümayəndəsi ilə görüşdən imtina edib.

Təbatəbayi yarışların beş dövründə üç xal qazanmışdı. Ondan öncə Aryən Qolami dördüncü dövrdə sionist rəqiblə görüşə gəlməyərək, yarışları davam etdirməkdən vaz keçmişdi.

Hazırda İranın yeganə nümayəndəsi olan Mobina Əlinəsəb yarışı davam etdirir. Əlinəsəb 4,5 xal toplayaraq, yarş cədvəlinin önündə gedir.

Gənclərin şahmat üzrə dünya çempionatı on bir dövrdə oktyabrın 25-dək davam edəcək. Bu yarışlarda 189 qız və oğlan şahmatçı bir-biri ilə mübarizə aparır.

Teqlər