Okt 31, 2019 19:05 Asia/Baku
  • İranlı rejissor Amerika festivalında ən yaxşı rejissor adını qazanıb
    İranlı rejissor Amerika festivalında ən yaxşı rejissor adını qazanıb

“Yağış sənin üçün yağır” adlı qısametrajlı filmin iranlı rejissoru Mohəmməd Məhdi Delxasteh Amerika beynəlxalq qızıl təsvir festivalının ən yaxşı rejissor mükafatını əldə edib.

Amerika beynəlxalq qızıl təsvir festivalı hər il keçirilən bir hadisədir. Onun münsifləri hər ay filmləri seçir və onların ən yaxşılarına mükafat verirlər.

“Yağış sənin üçün yağır” adlı qısametrajlı filmi bu festivalın münsiflərinin 2019-cu ilin oktyabr ayının seçimidir.

İranın “Yağış sənin üçün yağır” adlı qısametrajlı filmi bundan öncə London, Çin, İtaliya və Braziliya film festivallarında iştirak edibdir.

Filmin məzmunu belədir: Bu sarı yarpaqlar payıza görə deyildir ki, budaqlardan düşürlər. Sən, bu küçədən keçməlisən və onlar sənin yoluna sərilmək üçün bir-birilərini qabaqlayırlar...

 

 

 

Teqlər