Noy 09, 2019 20:53 Asia/Baku
  • İranın iştirakı ilə Londonda turizm sərgisi açılıb
    İranın iştirakı ilə Londonda turizm sərgisi açılıb

Londonun daimi sərgi məkanında “Beynəlxalq səfərlər bazarı” adlı 40-cı illik sərgi işə başlayıb. Sərginin açılış mərasimində turizm sahəsində fəaliyyət göstərən şirkətlər, o cümlədən bir qrup iranlı turist, turiz sənətinə maraq göstərənlər və hökumət rəsmiləri iştirak edib.

Beynəlxalq səfərlər bazarı... Bu beynəlxalq sərgi Londonda keçirilməsinin 40-cı ilində İran daxil olmaqla 182 ölkədən turiz sənəti üzrə fəalları daha çox turist cəzb etmək məqsədilə beş min pavilyonda bir-birinə bağlayıbdır.

M.Q- Burada çoxlu sayda turizm məqsədləri təklif olunur. Mən ömrüm boyu təklikdə yüz ölkəyə səfər etmişəm və öz səfər təcrübələrimi sosial şəbəkələrdə paylaşıram. Mən daha çox mədəni və tarixi məkan və abidələri müşahidə etməkdən ləzzət alıram. Amma İrana səfər etməyə çox maraq göstərsəm də hələ İrana getməmişəm. Buna görə, İran pavilyonuna müraciət etdim ki, arzularımdan birinə çatmış olam.

İran turizm cazibədarlıqları cəhətdən on ən yaxşı ölkə sırasında durur. Amma bu nadir imkanla mütənasib olaraq, onun bir trilyon 700 milyard dollarlıq maliyyə dövriyyəsindən payı cüzidir.

M.K- Turizm məsələsi budur ki, biz heç bir xammal ixrac etmirik. Bizim xammalımız sələflərimizdən bizə qalanlardır və insanlar İrana müraciət edərkən daha çox özləri ilə xatirə və təcrübələrini aparırlar.

Verilən məlumatlara görə, ötən il İran turizm cəzbi sahəsində sıçrayış baxımından ikinci yerdə durdu. Amma ölkənin imkanları tələb edir ki, dünyada 1,5 milyarda yaxın turistin cəzb olunmasında daha çox paya malik olmuş olsun.

Turist sənəti üzrə aktivistlər İranı bu ölkəyə qarşı təbliğatlarla mübarizədə və İranın real simasının təqdimatında turist cəzbinin artırılması üçün ilk prioritet qərar verirlər.