Noy 10, 2019 07:53 Asia/Baku
  • İranın çimərlik futbolu üzrə yığma komandası qitələrası kubokun sahibi oldu
    İranın çimərlik futbolu üzrə yığma komandası qitələrası kubokun sahibi oldu

İranın çimərlik futbolu üzrə yığma komandası İspaniya yığmasını məğlub edərək, qitələrası kubokun sahibi olub.

Komandamız dünən axşam əmirliklərdə keçirilən çimərlik futbolu üzrə qitələrası kubok yarışlarının finalında güclü İspaniya komandasını 6-3 hesabı ilə məğlub edib.

İranın çimərlik futbolu üzrə milli komandası bu qələbə ilə üçüncü dəfə qitələrası kubokun sahibi olub və Braziliya və Rusiyanın kənarında bu yarışlar tarixinin ən iftixarlı komandasına çevrilə bilibdir.

İranın çimərlik futbolu yığması bu turnirin çempionu adını qazanmaq üçün Meksika, Misir, Rusiya, BƏƏ və İspaniya komandalarını məğlub edərək, öz ötənilki adını müdafiə edibdir.

Sıralama görüşündə əmirliklər 2-1 hesabı ilə Rusiya yığmasını məğlub edərək, üçüncü olubdur.