Noy 11, 2019 08:45 Asia/Baku
  • Qəhvə qara ciyər xərçəngi təhükəsini yarıya endirir
    Qəhvə qara ciyər xərçəngi təhükəsini yarıya endirir

Yeni araşdırmalar göstərir ki, qəhvə içmək yuxarı yaşlılar arasında qaraciyər xərçənginin ən çox yayılmış növü olan “hepatosellüler karsinoma” təhlükəsini azaldır, amma siqaretin və spirtli içki istehlakının tərgidilməsi qədər bu xəstəliyə tutulma təhlükəsinin azaldılmasında təsirli deyildir.

“Medikal Ekspress” jurnalının yazdığına görə, “Kuins Belfast” universitetinin tədqiqatçıları tərəfindən aparılmış araşdırmaların nəticələri göstərir ki, dünyada ən çox istehlak olunan içkilərdən olan qəhvə qara ciyər xərçəngi riskini azaltmaq xasiyyətinə malik ola bilər. Bu araşdırma yeddi il yarım müddətinə İngiltərədə və 471 min 779 orta yaşlı iştirakçı üzərində aparılıb. Bu araşdırmada iştirak edənlərin dörddə üç hissəsindən çoxu demişdi ki, intensiv surətdə qəhvə içir.

Qəhvə antioksidan və kofeinə malikdir.