Noy 11, 2019 10:43 Asia/Baku
  • İri bir meteorit yerə yaxınlaşmaqdadır
    İri bir meteorit yerə yaxınlaşmaqdadır

NASA xəbərdarlıq edibdir ki, Eyfel qülləsi böyüklüyündə olan meteorit, başqa sözlə, asteroid səs sürətindən iyirmi dəfə çox bir sürətlə yerə yaxınlaşmaqdadır.

2006-cı ildə kəşf olunmuş bu nəhəng daş ildə iki dəfə yer orbitindən keçir və Yer kürəsinə yaxınlaşdığına görə, orbitdən keçən zaman “ehtimal üzrə təhlükəli” adlandırılıbdır.

NASA xəbərdarlıq edibdir ki, bu nəhəng asteroid iki həftədən az bir müddətdə yerin yaxınlığından keçəcək. “2006 SF6” adlandırılan bu  asterodin uzunluğu təqribən 610 metr hesab olunubdur ki, bu da Eyfel qülləsindən iki, bir futbol meydançasından isə altı dəfə böyükdür.

Proqnozlara əsasən, noyabrın 20-də başımız üstündən 4 milyon 350 min kilometr hündürlükdən keçəcək. Bu asteroidin hərəkət sürəti saatda 27 min kilometrdir. Bu da səs sürətindən 22 dəfə çox deməkdir.