Noy 11, 2019 20:51 Asia/Baku
  • Yaşıl iqtisadiyyatda öndə gedən İtaliya
    Yaşıl iqtisadiyyatda öndə gedən İtaliya

İtaliya yaşıl iqtisadiyyat adlanan şəraitdə sənaye çirkliliyini azaltmaq üçün müxtəlif sektorlarda müxtəlif siyasətlər yeridir.

İtaliya illər bundan öncədən bəri yaşıl iqtisadiyyat adlanan şəraitdə sənaye fəaliyyətlərinin çirklənməsini azaltmaq üçün onların mənfəətlərinin qorunması ilə paralel surətdə müxtəlif sektorlarda müxtəlif siyasətlər yeridir.

Ermete Realaçi- siyasətçi və İtaliya yaşıllar fondunun sədri deyir:

Son beş ildə 432 min italyan şirkət yaşıl iqtisadiyyatla bağlı fəaliyyətlərə sərmayə yatırıb. Təsəvvür edilənlərin əksinə olaraq, həm sahibkarların maraqlarını əhatə, həm də həm də ətraf mühiti himayə edibdir. Bu şirkətlər, İtaliyadakı iqtisadi böhrana baxmayaraq, daxili satış, xarici ixracat və hətta məşğulluq sahəsində digər şirkətlərdən daha uğurlu fəaliyyət göstəriblər.

Plastik maddələrin xalqın gündəlik həyatından götürülməsinə səy İtaliyadakı yaşıl hərəkətlərin digər bir hissəsidr. Məktəblər bu yolda öncül olublar.

Paskuale Enventsiya- Romanın 15-ci bölgəsi meriyasının ətraf mühit üzrə məsul şəxs:

Hazırda plastik maddələrin yığışdırılması istiqamətində Roma şəhərində diqqətəlayiq sayda ibtidai məktəbdə bir dəfə istifadə olunan plastik qabları və plastik su butılkalarından istifadə qadağan edilibdir.

İtaliya hökuməti insanların gündəlik həyatından daha çox plastik məhsulu azaltmaq üçün gələn ilin büdcəsində plastik məhsullara ağır vergi tətbiq etməyi nəzərdə tutur.

İtaliya digər AB ölkələri ilə müqayisədə istehsal olunan tullantıların 79% -nin təkrar emalı baxımından birinci yeri tutur.

İtalyanlar bir çox digər dünya ölkələrində olduğu kimi illər boyudur öz zibillərini ayırmağa icbar ediliblər. Bu zibilayırma səbəb olur ki, istehlak olunmuş nəzərəçarpacaq miqdarda plastik qab təkrar emal edilsin və zibil kimi təbiətə buraxılmasın.