Noy 12, 2019 20:04 Asia/Baku
  • Yasuc şəlaləsinin gözəllikləri
    Yasuc şəlaləsinin gözəllikləri

İranın Kohgiluyeh və Boyer Əhməd vilayətinin mərkəzi olan Yasucdan otuz kilometr aralıda, şəhərin şimal-şərq tərəfində dar və asfaltlanmış bir yol Yasuc şəlaləsinə qədər uzanır.

Ağaclarla dolu olan bu yolda və şəlaləyə çatmazdan öncə sıx qoz və çinar bağları yerləşibdir.

Zaqros dağlarından və Dena-nın gözəl yamaclarından başlayan Yasuc şəlaləsi diqqətəlayiq keçmişi və tarixi ilə bölgənin təbiətinin necə deyərlər, şəxsiyyət vəsiqəsi sayılır.

Bir zaman bu turist məkanını Yasic adlandırardılar və hələ də yerli ləhcədə bu termin işlənir və "yasəmən çiçəklərinə bürünmüş bir diyar" deməkdir. Yəni yasəmən buradadır.

Şəlalənin suyu köhnə metal körpünün kənarında şəlalə boğazına tərəf axaraq, köhnə çinar ağaclarının kölgələri altında turistlərə və səyahətçilərə turizmin xas rövnəqini hədiyyə edir.

Şəlalə öz axar suyunun ürəkoxşayan musiqisinin müşayiəti ilə yolunu davam etdirir ki, Yasuc şəhərinin aşağısında yerləşən "Beşar" çayına qatılmış olsun.

Yasucun özünəməxsus xüsusiyyətləri,/ turistin və səyahətçinin, cəmlənmiş bir coğrafiyada eyni vaxtda çox sayda ürəkaçan turizm məkanına tamaşa edə və yaşaya bilməsidir.

Yasuc şəlaləsi, Yasuc meşə parkı, Beşar sahil parkı, su qurşağı kimi, şəhərin girəcəyindəki ürəkoxşayan mühitlərdən əlavə, velosiped treki, qayıq gəzintiləri və digər əyləncə imkanları ilə turistlərə xoş anlar və təkrarolunmaz xatirələr yaşadacaqdır.

Kilim, cecim, gəbbə, xalı, xalça və gəçmə ənənəvi çanta və ayaqqabılarla yanaşı təzahür edir. Bunlar təbiət həvəskarlarının səfər soğatlarının önəmli hissəsidir.