Noy 14, 2019 10:31 Asia/Baku
  • Avokado qandakı pis xollestrolu azaldır
    Avokado qandakı pis xollestrolu azaldır

Gündə bir ədəd avokado yemək qandakı pis xollestrolun və ya bədəndəki LDL-in azalmasına kömək edir.

Amerikanın Pensilvaniya ştatındakı tibb elmləri üzrə tədqiqatçılar bildiriblər ki, avokado bədəndəki luteinin miqdarını 68 faiz qaldırır və ürək-damar sisteminin sağlamlığı üçün bir növ antioksidan sayılır. Bir ədəd avokado ürək xəstəliyi ilə mübarizə üçün bədənə lazım olan gündəlik qida lifinin demək olar ki, yarısını təmin edir.

Bir avokado 13 qram qida lifinə malikdir ki, gündə lazım olan 25-30 qram qida lifinin təqribən yarısını təmin edir. Gündəlik qidalanmalarda qida lifinin istehlakı qandakı xollestrolun yaxşılaşdırılması, həmçinin diabet, infarkt və insult təhlükəsi miqdarının azalmasına səbəb olur. Həmçinin hər bir avokado 975 milliqram kaliuma malikdir ki, bu da hər gün bədənə lazım olan kalium miqdarının təqribən üçdə bir hissəsini təşkil edir.