Noy 15, 2019 18:25 Asia/Baku
  • İranın yığma futbol komandasının qapıçısı Asiyanın ən yaxşı oyunçusu adına namizəd olub
    İranın yığma futbol komandasının qapıçısı Asiyanın ən yaxşı oyunçusu adına namizəd olub

İranın yığma futbol komandasının qapıçısı Əlireza Beyranvənd Asiya qitəsi üzrə ən yaxşı futbolçu mükafatına üç yekun namizəddən biri kimi seçilib.

Asiya futbol konfederasiyası 2019-cu ilin ən yaxşı oyunçuları mükafatlarının müxtəlif növlər üzrə üç yekun namizədinin adını elan etdi.

İranın yığma futbol komandasının və Tehranın “Pespolis” futbol klubunun qapıçısı Əlireza Beyranvənd, Asiya qitəsi üzrə ən yaxşı futbolçu mükafatına layiq görülmək üçün yapon müdafiəçisi Tomoaki Makino və Qətər futbolçusu Əkrəm Əfif ilə rəqabət aparmalıdır.

İran futbolu beş müxtəlif bölmədə namizəd olubdur. Beyranvənddən əlavə, Sərdar Azmun ilin legionerləri bölməsində, Kətayun Xosrovyar ən yaxşı qadın məşqçilər arasında, Mehdi Cavid futzal üzrə ən yaxşı oyunçu bölməsində və İranın futbol federasiyası da ən yaxşı ilhamverici federasiyalar arasında namizəd olublar.