Noy 18, 2019 15:01 Asia/Baku
  • İranlı ağırlıqqaldıranın Türkiyə beynəlxalq yarışlarındakı uğuru
    İranlı ağırlıqqaldıranın Türkiyə beynəlxalq yarışlarındakı uğuru

İranlı ağırlıqqaldıran Seyyed Əyyub Mousəvi Türkiyədə keçirilən “Nəim Süleymanoğlu” adına kubok uğrunda beynəlxalq yarışlarda ikinci yeri tutub.

İranın 76 kiloqram çəki dərəcəsində yarışan ştangisti Seyyed Əyyub Mousəvi dünən axşamçağı bu yarışların sonuncu günündə ümumilikdə 380 kiloqram ağırlıq qaldıraraq, ikinci olub və gümüş medal alıbdır.

“Nəim Süleymanoğlu” kuboku uğrunda beynəlxalq yarışların çempionu adı, əsliyyətcə misirli olan qətərli ağırlıqqaldırana nəsib olub.

Qeyd olunan yarışlar 2020-ci il Tokio olimpiya oyunları üçün seçmə yarışları hesab olunur.

 

Teqlər