Noy 25, 2019 08:23 Asia/Baku
  • Avropanın 9 iri çayından minlərlə mikroplastik tullantı yığılıb
    Avropanın 9 iri çayından minlərlə mikroplastik tullantı yığılıb

“Tara” araşdırma gəmisi Avropanın 9 böyük və izdihamlı çayından 2700 mikroplastik tullantı toplayıbdır.

“Tara” gəmisinin tapşırıq üzrə elmi məsul şəxsi Jan Fransua Jiqlon deyir: Bizim məqsədimiz, plastik kütlələrin miqdarı və onların tərkibini araşdırmaqdır. Bu tapşırıqda məqsəd, insan və çaylarda mövcud olan canlılar üçün mikroplastiklərdən irəli gələn təhlükənin tanınmasıdır. Tapşırığın digər bir məqsədi, bu çirklənmənin başlanğıc nöqtəsinin müəyyən edilməsidir.

Nyu-Kasel universiteti mikroplastiklərlə çirklənmə haqda xəbərdarlıq edib. Bu universitetin bildirdiyinə görə, hər bir insan hər həftə beş qrup mikroplastiki ətraf mühitə daxil edir.