Noy 26, 2019 18:13 Asia/Baku
  • Yaşıl qızılın bol olduğu fəsil
    Yaşıl qızılın bol olduğu fəsil

Bu günlər fermerlər 13 min hektar bağdan püstə yığımı ilə məşğuldurlar. Bol püstə bağları Damğan şəhərini İranda püstə istehsalı üzrə bir qütbə çevirib.

Damğanda yaşıl qızıl salxımlarının yığımı payızın rəngarəgliyinə başqa çalar bəxş edir. M; Damğan şəhəri püstə istehsalı baxımından İran və dünyada ən yüksək göstəriciyə malikdir. Ən keyfiyyətli məhsul Damğanın ən yaxşı püstə bağlarından bazarlara çıxarılır. Misal üçün Damğanın Əmiriyyəsində ağacların heç bir zərərvericisi yoxdur. Ya bu məhsuldar 400 hektarlıq püstə bağı kimi M; İllik isrehsalı təxminən 700 tondur və bağ tamamilə mühəndislik üsulu ilə plantasiya edilib və elmi metodlar ilə idarə olunur. Hər püstə bağının kənarında emal sənayesinin fəaliyyət göstərməsi Damğanın quru püstəsinin keyfiyyətini daha da artırıb. M; Gündə 10-12 ton püstə elə buradan İraq, Rusiya və Avropa ölkələrinin bir hissəsinə ixrac olunur. Lakin bu bölmədə, Şahrud Texniki Universiteti tədqiqatçılarının əməkdaşlığı ilə təzə və sağlam püstələrin saxlanılması müddətinin iki aya qədər uzadılması ilə yaxşı ixracatımız olub. Bir sıra nümunələri də Azərbaycan, İraq və Omana göndərmişik ki, bundan əvvəl də İraqa ildə 100 min dollar dəyərində 60 ton ixracatımız olmuşdur. Damğan İslam Azad Universitetinin tədqiqatçılar və araşdırmaçıları bu il də yeni nailiyyətlərini təqdim etdilər. M; Püstənin estetik və gigiyenik yağı vardır və püstə tozu da patentləşdirilib. Bu il Damğanın quru püstə ixracatının 15 min ton olacağı proqnoz edilir. Damğan püstəsinin maliyyə dövriyyəsi ildə 3 min milyard tümən yəni təqribən 715 milion ABŞ dollarından çoxdur, lakin bu rəqəm bir neçə qat artırıla bilər.