Noy 28, 2019 18:08 Asia/Baku
  • İstanbulda “Qırmızı dərili” adlı İran filmi göstərilib
    İstanbulda “Qırmızı dərili” adlı İran filmi göstərilib

İranlı rejissor Nima Cavidi 9-cu beynəlxalq İstanbul film festivalında münsiflər heyətinin xüsusi mükafatını qazanıb.

Cinayət və cəza festivalı cinayət, ədalət və demokratiya məzmunlu uzun və qısa metrajlı filmlərə həsr olunub.

Nima Cavidinin son kino əsəri olan “Qırmızı dərili” filmi cinayət və cəza festivalında Avstriya, Tunis, Fransa, Macarıstan, Qətər, Livan, Slovakiya, Belçika və Əlcəzairdən olan filmlər ilə yarışıbdır.

Filmin məzmunu belədir ki, 1347-ci günəş ilində İranın cənubunda yerləşən köhnə bir zindan şəhərin inkişaf etməkdə olan hava limanının yaxınlığında yerləşdiyi üçün boşaldılmaqdadır. Zindan rəisi mayor Nemət Cahed məmurları ilə yanaşı məhbusları yeni zindana köçürməkdədir.