Noy 28, 2019 18:12 Asia/Baku
  • Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisi
    Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisi

Noyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı olub.

Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, ekspozisiyaya Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın şəxsi kolleksiyasından 30-dan çox kəlağayı nümunəsi, o cümlədən ipək üzərində batika texnikasında hazırlanmış onun müəllif olduğu 30 panno daxildir. Sərgi konsepsiyasının əsasını ənənəvi, yəni klassik və ipək üzərində rəsm sənətinə müasir, yəni müəllif yanaşmanın sintezi təşkil edir.