Noy 30, 2019 10:44 Asia/Baku
  • Yeni qara dəlik kəşf olunub
    Yeni qara dəlik kəşf olunub

Çinli astronomlar yer ilə 14 min işıq ili məsafəsinə malik olan yeni iri qara dəlik kəşf ediblər.

Bir tədqiqat qrupu çinli tədqiqatçıların istiqamətləndirmələrilə son zamanlar bu uğura imza atıbdır. Bu qara dəlik kainatın əzəmətinə görə, sanki bizim kosmik həyətimizdə yerləşir.

Bu kəşf alimləri belə bir qara dəliyin formalaşması tərzini yenidən nəzərdən keçirmək məcburiyyətində qoyub. Hesablamalara görə, “Süd Yolu” qalaktikasında yüz milyon qara dəlik mövcuddur.

Qara dəliklər iri ulduzların dağılması ilə formalaşan kosmik kütlədirlər və elə bir sıxlığa malikdirlər ki, hətta işıq onun cazibəsindən qaça bilmir. İndiyədək alimlər təxmin etmişdilər ki, “Süd Yolu” qalaktikasında heç bir qara dəliyin kütləsi günəşin kütləsindən iyirmi dəfə çox deyil, amma bu yeni kəşf həmin fərziyyəni rədd edibdir.