Dek 01, 2019 20:01 Asia/Baku
  • İllik 4 milyondan çox melamin üzlük varağı istehsal olunur
    İllik 4 milyondan çox melamin üzlük varağı istehsal olunur

Dünyada qapı üçün melamin üzlük varağı istehsalı üzrə ən böyük zavodda ildə 4 milyon 800 min melamin üzlüyü varağı istehsal olunur.

Dünyanın ən iri melamin üzlük varaq istehsal edən zavodu Ərdəbildə...

M,M: Bizim istifadə etdiyimiz bütün ilkim maddələr yerli mənbələrdən təmin olunur və məhsullarımız 25 növdə 20 rəngdə və 3 ölçüdə təqdim olunur. 

M.M: Xarici rəqiblərimiz ayda 120 min varaq istehsal edirlər biz isə Allaha şükürlər olsun ki bu rəqəmi 400 minə çatdırmışıq. 

Bu zavodda 300-dən çox adam bir başa işlə təmin olunub. 

MM: Ümid edirəm Allahın lütfü ilə və dövlətin diqqəti nəticəsində bu kimi zavodların sayı artacaq və daha çoxlu sayda gənc işlə məşğul olacaq. 

Bu zavodun məhsulları daxili ehtiyacı təmin etməkdən əlavə ölkədən kənarlara da ixrac edilir. 

MM: Məhsullarımızı İraq, Azərbaycan Respublikası, Özbəkistan, Tacikistan və Türkiyəyə ixrac edirik. 

MM: Biz sübut etdik ki, İranlı qadirdir. Məhsullarımızın keyfiyyəti oxşar nümunələrdən 30-40 faiz çoxdur və orta hesabla biz ildə 30 milyon dollar valyutaya qənaət etmiş oluruq. 

Zavodumuzun ikiinci istehsal xətti də var və orada HPL yaxud şkaf üzlüyü istehsal olunur. 

MM: Amerikanın sanksiyalarından öncə bu məhsul tamamiylə idxal edilirdi amma indi ölkənin bu məhsula olan ehtiyacının 70 faizi daxildə təmin olunur və bu miqdar artmaqdadır, əlbəttə qiymətlərimizdə xarici nümunəni üçdən biridir. 

Yaxın gələcəkdə növbəti istehsal xəttimizi də istifadəyə verəcəyik. 

MM: Xam MDF-in istehsal xəttini nəhayət bir ayadək istifadəyə verəcəyik və daxili ehtiyacın təminindən əlavə ayda 60-70 maşın ixrac edə biləcəyik. 

Yeni istehsal xəttinin istifadəyə verilməsi ilə 150 nəfər birbaşa işlə təmin olunacaq və 30 milyon dollar valyutanın ölkədən çıxmasının qarşısı alınacaq.