Dek 03, 2019 09:17 Asia/Baku
  • Messi 6-cı dəfə
    Messi 6-cı dəfə "qızıl top"un sahibi oldu

İspaniyanın "Barselona" futbol klubunun argentinalı superulduzu Liyonel Messi 2019-cu ildə dünyanın ən yaxşı futbolçusu seçildi və 6-cı dəfə "qızıl top"un sahibi oldu.

Dünən gecə Parisdə keçirilən bu mərasimdə 31 yaşlı Liyonel Messi 6-cı dəfə "qızıl top"un sahibi oldu və bununla, futbol tarixində "rəqibsiz" ləqəbini aldı.

Bu mükafat "Frans Futball" jurnalı tərəfindən təqdim olunacaq.

Liyonel Messi dünyanın ən yaxşı futbolçusu kimi seçiləndən və "Frans Futball" jurnalının "qızıl top"unu aldıqdan sonra deyib: Ümid edirəm ki, bu prosesin illər boyu davam etməsində Allah mənə kömək edəcək.

Messidən sonra Liverpul futbol klubunun hollandiyalı müdafiəçisi Vircil Fan Dik 2019-cu ildə "Frans Futball" jurnalının seçdiyi ikinci ən yaxşı futbolçu adını qazanıbdır.