Dek 06, 2019 20:11 Asia/Baku
  • Lorestan vilayətində xəzanlı payızın əzəməti
    Lorestan vilayətində xəzanlı payızın əzəməti

Siması da gözəlliyini bir neçəqat artıran, məhəbbətin payızla qarışmasıdır. Elə bu qədər gözəldir. Boyalarının tərkibindən tutmuş o xəzan əhval-ruhiyyəsinədək.

Müsahibə: Elə bu xəzan və elə bu sərin hava aşiqanə bir fəsildir.

Ağacların yerə minrəngli boya verməsilə vurğunluq fəslinin sənətkarlığının kulminasiya nöqtəsi.

Müsahibə: Baxarkən görürsən ki, ağacların yarpaqları yerə tökülüb. Yarpaqların xışıltısı. Bütün bunlar insana xoş bir hiss bağışlayır.

Bu günlər Lorestan vilayətinin təbiətində, küçə və bağlarında payız/ ağacların yarpaqlarını turistlərin və yoldan keçənlərin qədəmlərinə şabaş edir.

Müsahibə: Yaşıldan tutmuş sarıya çalanadək bütün rəngləri tam şəkildə təbiətdə görmək olar.

Hərçənd bütün fəsillərin özünəməxsus gözəlliyi var, amma payızın duyğuları daha çox ürəkləri məftun edir.

Müsahibə: Mənim özüm payızı daha çox sevirəm-gözəlliklərinə görə...

Müsahibə: Lorestan vilayəti dördfəsilli bir vilayətdir.

Müsahibə: Payız Lorestanın bəzi bölgələrində cazibədar və gözəldir.

Amma payızın ürəkoxşayan çərçivəsinin arxasında iradəsiz şəkildə ürəyə girən qəribə və ibrətamiz bir hiss gizlənib.