Yan 13, 2020 11:31 Asia/Baku
  • Göbələk prostat xərcənginə mübtəlanı azaldır
    Göbələk prostat xərcənginə mübtəlanı azaldır

Tibb elmləri tədqiqatçıları xərçəng barədəki beynəlxalq bir nəşrdə dərc olunmuş bir məqalədə bildiriblər ki, göbələk istehlakı ilə prostat xərcənginə mübtəlanı azaltmaq olar.

Alimlər 40 yaşından 79 yaşınadək olan 26 mindən çox kişi arasında araşdırma apararaq, onların qida rejimi, ailə keçmişi və idman fəaliyyəti kimi sağlamlıq informasiyalarını araşdırıblar.

Onların qidalanma informasiyası 39 növ qida və içkiyə şamil olub. Bu araşdırmada məlum olub ki, həftədə bir və ya iki dəfə göbələk istehlak edən şəxslər səkkiz faiz az prostat xərçənginə tutulma təhlükəsi ilə üzləşir.

Həftədə üç dəfə göbələk istehlak edən şəxslər bu təhlükəni özlərində 17 faiz azaldırlar. Bu araşdırmada göbələklər və prostat xərçəngi arasında səbəbli əlaqə tapılmayıbdır. Prostat xərçəngi bəzi kişilərdə gizli şəkildə inkişaf edir və öz əlamələrtini xəstəlik inkişaf etdikdə göstərir.