Yan 18, 2020 11:05 Asia/Baku
  • Afrikada nadir quraqlıq və qıtlıq
    Afrikada nadir quraqlıq və qıtlıq

BMT bildirib ki, Afrika qitəsinin cənub ölkələrində 45 milyon nəfər qıtlıq təhlükəsi ilə üzləşir.

Ümumdünya Ərzaq Proqramının bölgə üzrə məsul şəxsi Lola Kastro belə xəbərdarlıq edib: Bu aclıq böhranı o həddə kəskinləşibdir ki, biz indiyədək onun bənzərini görməmişik və bizim bu sahədəki müşahidələrimiz göstərir ki, vəziyyət daha da pisləşəcək.

Beş il bundan öncədən bəri Afrika qitəsinin bütün cənub bölgələri nəzərəçarpacaq dərəcədə yağış çatışmazlığından təsirlənib və bu vəziyyət bu bölgənin on altı ölkəsinin kənd təsərrüfatı məhsullarına ağır ziyan vurmuş “El Nino” adlı iqlim problemi və hadisələrinin təkrarlanması ilə şiddətlənibdir. Bu bölgə əhalisinin əksər hissəsi olduqca yoxsuldur. Yerin istiləşməsi və iqlim dəyişiklikləri də güclü tufanlar və fırtınalara bais olubdur.