Yan 18, 2020 14:02 Asia/Baku
  • "İran kosmik gəmilərin mühərrikinin kostruksiyasında inhisara son qoydu"

İranın Kosmik Araşdırmalar İnstitutunun rəhbəri deyib: " İran İslam Respublikası əvəllər ABŞ-ın inhisarında olan kosmik gəmilərin mühərrikinin konstruksiyası biliyinə sahib olub".

Arəş adlı kosmik mühərrikin layihəsi və konstruksiyası işinin iranlı mütəxəssislər tərəfindən aparıldığını deyən İranın Kosmik Araşdırmalar İnstitutunun rəhbəri Hüseyn Səmimi əlavə edib: "Arəş kosmik mühərriki peyklərin orbital ötürülməsi sistemində yerləşdiriləcək və peyklərin yer kürəsinin yuxarı orbitlərinə göndərilməsini mümkün edəcəkdir".

H.Səmimi vurğulayıb: " Yaxın gələcəkdə Arəş mühərriki Nahid 2 peykinin orbital ötürülməsində istifadə olunacaq".

İranın Kosmik Araşdırmalar İnstitutunun rəhbərinin dediyinə görə, İranda kostruksiya edilən kosmik mühərriklər peyklərin inkişafına dair yol xəritəsində istifadə edilmək üçün getdikcə təkmilləşib və inkişaf etdiriləcək.

Bu məlumata əsasn pryklərin orbital ötürülməsi sistemi peyklərin orbital spektrini genişləndirir və peyk daşıyıcısı peyki 400 kilometrə qədər apardıqdan sonra kosmik mühərrikdən istifadə etməklə peykin 7000 kilometrdə yerləşən orbitə göndərilməsi mümkün olur.