Yan 20, 2020 12:14 Asia/Baku
  • Filippində vulkan külündən tikinti materialları hazırlanır
    Filippində vulkan külündən tikinti materialları hazırlanır

Filippin xalqı vulkan təhdidini tikinti işlər fürsətinə çeviribdir.

Ötən günlərdə Filippində vulkan püskürməsi xalq üçün bir çox problem yaradıb və minlərlə nəfərin ev və yaşayışından qaçmasına səbəb olubdur.

Bu püskürmə iri həcmdə vulkan külü və lavasının vulkan dağından çıxaraq, dağın yaxınlığındakı bölgələrdə yayılmasına bais olubdur.

Amma bu bölgələrdən birinin əhalisi iri həcmdə olan külü fürsətə çeviribdir. Onlar şəhər və kəndlərini bürümüş bu külü bir növ tikinti materialına çevirərək, ondan kərpic düzəldirlər. Vulkan külləri müxtəlif yerlərdən toplanaraq, kərpicqayırma zavodlarında kül kərpiclərə çevrilirlər.