Yan 20, 2020 20:15 Asia/Baku
  • Bocnurd şəhəri 3-cü Beynəlxalq Zorxana İdmanları Yarışlarına ev sahibliyi edir
    Bocnurd şəhəri 3-cü Beynəlxalq Zorxana İdmanları Yarışlarına ev sahibliyi edir

Bocnurd şəhərində 3-cü Beynəlxalq Pəhləvanlıq Güləşi və Zorxana İdmanları üzrə yarışlar keçirilir və yanvarın 22-dək davam edəcək.

3-cü Beynəlxalq Pəhləvanlıq Güləşi və Zorxana İdmanları üzrə yarışlar bu gün 20 yanvar səhər saatlarında Bocnurd şəhərində start götürüb.

Bu yarışlarda 20 ölkədən 100-dən artıq idmançı komanda, fərdi məharətlər və pəhləvanlıq güləşi növlərində Bocnurd Universitetinin idman zalında rəqabət aparacaqlar.

M.M: Çox yaxşı iştirakçı sayı, yaxşı hakimlik və federasiyanın da əla təşkilatçılığının şahidiyik,Təşəkkür edirəm.

M.M: İrana gəldiyim üçün çox sevinirəm. Ümid edirəm komandamız uğurlu çıxış edəcək.

M.M: İran Təhlükəsiz ölkədir və mən bu ölkəyə səfər etdiyim üçün çox şadam. Öyrənməyə çox şeylər var.

Bu gün səhər Zorxana idmanları bölməsində İran, İraq, Azərbaycan, Əfqanıstan, Banqladeş və Uqanda komandaları meydana çıxdılar və İran komandası 701 xalla birinci oldu.

M.M: Texnika və fən baxımından, Azərbaycan, İraq və hətta Afrika komandaları çox əla çıxış etdilər. Bu onu göstərir ki, başqa ölkələrdə bu idman növünə böyük maraq var və onun üzərində işləyirlər.

Yarışların davamında, idmançılar fərdi və platforma bacarıqları yarışlarında güclərini sınadılar. Pəhləvanlıq güləşi üzrə yarışlar isə yanvarın 22-də başlayacaq.