Yan 22, 2020 20:47 Asia/Baku
  • Parakano növü üzrə avarçəkənlər “Azadi” gölündə məşq ediblər
    Parakano növü üzrə avarçəkənlər “Azadi” gölündə məşq ediblər

İranın parakano növü üzrə yığma avarçəkmə komandası paralimpiya oyunlarının seşmə yarışları və Asiya çempionatı yarışlarında iştirak məqsədilə “Azadi” gölündə məşqlər edib.

Qadın və kişi bölmələrində yeddi avarçəkən parakano növü üzrə yığma avarçəkmə komandasının məşqlərinin yeni mərhələsində iştirak edib.

M.K- Səkkizinci məşqdir. Sentyabrın 4-də Tokioda medal uğrunda mübarizə aparmalıyıq və idmançılar hazırlığın yüksək səviyyəsinə çatmalıdırlar.

Parakano növü üzrə avarçəkənlərı böyük yarışlar və meydanlar gözləyir.

M.K- Neçə ildir ki, milli avarçəkmə komandasının üzvüyəm. Almaniyanın Duysburq şəhərində keçiriləcək olimpiya oyunlarının seçmə görüşlərinin ikinci mərhələsi üçün məşq edirəm.

M.Q- Aprel-may aylarında Almaniyada paylar üzrə yarışlar keçiriləcək. Olduqca ümidvaram.

Şəraitin daha da yaxşılaşması, bu idmançı təbəqəsinin cüzi istəyidir.

Paralimpiya üzrə avarçəkənlər ikinci paralmpiya yarışlarında iştirak etmək üçün əzmkar olmaqda davam edirlər.

M.Q- Xoşbəxtlikdən, öncəki mərhələyə nisbətən çox yaxşı bir şərait mövcuddur. Və mən də ən yaxşı nəticəni əldə etmək üçün var gücümlə çalışacağam.

Əlillərin avarçəkmə üzrə Asiya yarışları mart-aprel aylarında Tailandın ev sahibliyi ilə keçiriləcək.

Bu idmançılar Asiya çempionu adını daşıyırlar. Onlar 2020-ci il Tokio paralimpiya oyunları üçün sınaqdan keçməkdən ötrü Asiya yarışlarına yola düşürlər.