Yan 29, 2020 13:43 Asia/Baku
  • İranın əl işləri sənayesi üzrə üç şəhər və bir kəndi beynəlxalq miqyaslı oldu
    İranın əl işləri sənayesi üzrə üç şəhər və bir kəndi beynəlxalq miqyaslı oldu

İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Şiraz, Zəncan və Məlayer şəhərləri, həmçinin Qasemabad kəndinin beynəlxalq qeydiyyatından xəbər verib.

Əli Əsğər Munesan deyib: Şiraz, Zəncan və Məlayer şəhərləri, həmçinin Qasemabad kəndinin əl işləri sənayesi üzrə beynəlxalq şəhər və kəndlər siyahısında qeydə alınmaları ilə İranın əl işləri sənayesi üzrə şəhər və kəndlərinin sayı ondan on dördə çatdı.

Munesan əlavə edib: Fars vilayətinin mərkəzi olan Şiraz şəhəri əl işləri sənayesi, Zəncan məlilə, Həmədan vilayətinin Məlayer şəhəri isə ağacişləmə mebelləri üzrə beynəlxalq şəhərlər, Gilan vilayətinin Qasemabad kəndi isə “gecə çadırı toxuma” üzrə beynəlxalq kənd kimi əl işləri sənayesi üzrə beynəlxalq şəhər və kəndlər siyahısına salınıblar.

İran beynəlxalq səviyyəli on bir və üç kəndin qeydə alınması ilə əl işləri sənayesi üzrə bütövlükdə 14 beynəlxalq şəhər və kənd ilə dünya ölkələri arasında öndə gedir.