Fev 07, 2020 16:30 Asia/Baku
  • Hindistanda İranın mədəniyyət və incəsənət festivalı
    Hindistanda İranın mədəniyyət və incəsənət festivalı

Əzəmətli İran İslam İnqilabı qələbəsinin 41-ci ildönümü günü münasibətilə Hindistanda keçirilən festivalda hind turistlər iki ölkə arasındakı mədəni ortaqlıqlarla daha artıq tanış olacaqlar.

İncəsənət sahələrinin canlı icrası, bir neçə minillik sivilizasiya barədə foto-şəkillərin, həmçinin məhşur tarixi abidələrin təqdim olunması ilə Hindistanın paytaxtında İranın mədəniyyət və incəsənət festivalı başlanıb.

M.Q- Bu festivalda incəsənət və əl işləri sənayesi məhsullarını əvvəldən axıradək müşahidə etmək və bu mətləbi başa düşmək olar ki, gözəl bir əsərin yaradılması üçün nə qədər zəhmət çəkmək lazımdı. Burada olmağıma sevinirəm.

Bu festivalda Hindistan vətəndaşları və xarici turistlər İranın özü, incəsənəti və mədəniyyəti ilə yaxından tanış olurlar.

Məşhur hind kinematoqraf Muzəffər Əli bu mərasimdə iki ölkənin dərin mədəni-bədii əlaqələrindən danışıb və iki ölkə sənətçiləri arasındakı ortaq mədəniyyət məhsullarının düzəldilməsini istəyib.

M.K- Yeni nəsillər öz sənətlərində fars dilini öyrənməyə böyük maraq göstərirlər. Yəni fars dili ətrafında mövcud olan sənətlərdə.

İranlı sənətkar qadınlar özlərinin gözəl məharətlərini təqdim edərək, festivala gələnlərin, xüsusən hind qadınların diqqətini cəlb ediblər.

İran İslam İnqilabı qələbəsinin 41-ci və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümü münasibətilə fevralın 1-dən Hindistanda İran mədəniyyəti ayı keçirilməkdədir.

Bu festival Fəcr ongünlüyünün sonunadək Yeni-Dehlidəki universitetlərin bir neçəsində keçirilməlidir.