Fev 07, 2020 20:25 Asia/Baku
  •  Avropada tarixin rəvayəti üzrə ən yeni qalmaqal
    Avropada tarixin rəvayəti üzrə ən yeni qalmaqal

Varşava qiyam muzeyi bu şəhərin 1944-cü il sakinlərinə bir hörmət ifadəsidir. Varşava sakinləri 2-ci dünya müharibəsi zamanı nasist Almaniyası ordusunun qarşısında qəhrəmanlıq, əzab və müqavimətlə Polşa tarixinin mühüm səhifələrindən birini yazdılar.

Polşanın paytaxtı Varşava şəhərində yerləşən qiyam muzeyində bu ölkənin qaranlıq, qara və kədərli dövrü muzeyə gələnləri Polşanın tarixinin ən mühüm səhifələrindən birinə doğru yönəldir.

M.K- 3 min kvadratmetrlik əraziyə malik olan bu muzeydə Polşanın 2-ci dünya müharibəsi zamanı işğal olunduğu dövrdən qalmış 800 ədəd əşya, 1500 foto-şəkil, film və lentə alınmış səs nümayiş etdirilir ki, tamaşaçılar Polşanın qaranlıq tarixi və bu ölkə xalqının əzabı və müqavimətinin bir hissəsilə tanış olmuş olsun.

Polşa 2-ci dünya müharibəsində nasist Almaniyası ilə Sovet İttifaqı arasında iki hissəyə bölündü. Bu muzeydə nasist Almaniyasına qarşı Varşava qiyamı nümayiş etdirilir.

Muzeyə gələnlər bu müharibədən qalmış yeraltı keçid kanalları, sığınacaq, nəqliyyat, təbliğat tərzi, təyyarə, hərbi vasitələr, hərbçilərin geyimləri və hərbi sursatlarla tanış olurlar.

M.K- Bu muzey Varşavada müharibənin başlanmasının 60-cı ildönümü münasibətilə açılıb və onda Polşa xalqının 2-ci dünya müharibəsindəki əzabları və qəhrəmanlığı, habelə nasist Almaniyasının təcavüzünün bir hissəsi sərgilənib.

Müharibə və gündəlik həyat, nasist Almaniyası və Sovet İttifaqının cinayətlərinin mülki qurbanları, həmçinin xalqın mübarizəsi və müqaviməti Varşava qiyam muzeyinin digər bölmələrindəndir və muzeyə gələnlər Polşanın və Avropanın tarixinin bir hissəsilə tanış olurlar.