Fev 12, 2020 08:07 Asia/Baku
  • “Günəş” ən yaxşı fəcr filmi
    “Günəş” ən yaxşı fəcr filmi

İranda 38-ci Fəcr film festivalı 22 bəhmən gecəsində qalibləri müəyyən edərək, öz işini başa vurdu.

Məcid Məcidinin “Günəş” filmi festivalın ən yaxşı flmi, rejissor Mohəmməd Kartın “Kəpənəyin üzməsi” filmi isə tamaşaçların baxışından ən yaxşı film oldu.

İki bədii film- “Sıfır günü” və “Kəpənəyin üzməsi” filmləri beş “Simorğ” mükafatı ilə, 38-ci Fəcr film festivalının rekordçuları olublar.

İranın islami irşad və mədəniyyət naziri Seyyed Əbbas Salehi qısa bir çıxışda deyib ki, kino ola bilsin, dünyanı dəyişə bilməsin, lakin dialoq qapısını aça bilər.

O, sonra deyib: Fəcr festivalı fikir mübadiləsi və tənqid üçün bir fürsətdir. Bu festival xalqın və kinematoqrafların bayramıdır və bu gün festivalın sonudur. Lakin kinonun işığı sönən deyil və kinonun daha çox yanıq qalması üçün səy göstərən kəslərə təşəkkür edirəm.