Fev 12, 2020 16:56 Asia/Baku
  • 120 ölkənin səfirləri və yüksək səviyyəli rəsmilərinin uzun sırası
    120 ölkənin səfirləri və yüksək səviyyəli rəsmilərinin uzun sırası

Rusiyanın yüksək səviyyəli siyasi, mədəni və dini rəsmiləri, həmçinin dünyanın 120 ölkəsinin səfirləri, hərbi attaşeləri və baş diplomatları İslam İnqilabının qələbəsinin ildönümü müasibətilə İran İslam Respublikasının Moskvadakı səfirliyinə gələrək, İranın milli gününü təbrik edib və ölkəmizlə olan münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsini vurğulayıblar.

Bu uzun sıra Rusiyanın yüksək səviyyəli siyasi, mədəni və dini rəsmiləri, həmçinin dünyanın  120 ölkəsinin səfirləri, hərbi attaşeləri və baş diplomatlarının İranın milli gününü təbrik etmək üçün ölkəmizin Moskvadakı səfirliyinin mərasim zalında bir araya gəlməklərinə aiddir.

M.M: İslam inqilabının ildönümünü təbrik edirəm.

Bu mərasimdə iştirak edən rəsmilərdən bəzisi İran xalqının ABŞ və qərblilərin quldurluqları qarşısında 41 illik müqavimətini alqışladılar.

M.M: Bu qədər sanksiyaya baxmayaraq, İran nəinki məğlub olmayıb, həm də inkişaf da edir. Bu həqiqətən amerikalılar üçün məyusedicidi haldır.

Bəziləri hazırkı mürəkkəb beynəlxalq şəraitdə Tehran və Moskva arasında olan əməkdaşlıqların gücləndirilməsinin vacibliyini vurğuladılar.

M.M: İki güclü ölkə olan İran və Rusiya arasındakı münasibətlər dünyanın təcavüzkar ölkələrinin sanksiyalarına məhəl qoymadan inkişaf etməkdədir.

Bəziləri İran və Rusiya medialarını  ortaq düşmənlərin psixoloji müharibəsi qarşısında dayanmaq üçün yaxınlaşmağa çağırdılar.

M.M: Amerikalılar psixoloji və media müharibəsi vasitəsilə İran və Rusiyanı zəiflətmək istəyirlər, buna görə də iki ölkənin mediaları bu müharibəni zərərsizləşdirməyə çalışmalıdırlar.

İran İslam Respublikasının Moskvadakı səfiri də ABŞ-ın İrana qarşı uğursuz cəhdlərindən söz aşdı.  

İran səfiri: “Aerikalılar bu 41 il ərzində İran İslam Respublikanı məhv etməyə çalışdılar və bütün hiylələrə əl atdılar, lakin İran müxtəlif sahələr üzrə 40 qatdan daha çox inkişafın şahidi olub. Bu gün İslam Respublikasının müqaviməti və onun uğuru, ABŞ-ı kontrol etmək sahəsində uğurlu bir nümunə sayılır.

Və amma Rusiyanın xarici işlər nazirinin müavini  Morqolov ölkəsi adından İslam İnqilabının qələbəsinin ildönümünü təbrik edərək, iki ölkə arasındakı əməkdaşlıqların müxtəlif sahələr üzrə keçmişdəkindən daha çox inkişaf etdirilməsinə çağırdı.

Müxtəlif ölkələrin baş diplomatları və yüksək səviyyəli rəsmilərinin bu uzun sırası İran İslam Respublikasının dayanıqlı olmasının və dünyadakı nüfuzunun göstəricisidir.