Fev 17, 2020 14:54 Asia/Baku
  • İranlı qadın atıcı beynəlxalq yarışların qızıl medalçısı olub
    İranlı qadın atıcı beynəlxalq yarışların qızıl medalçısı olub

İranlı qadın atıcı Nəcme Xedməti pnevmatik tüfəng üzrə Danimarkada keçirilən sərbəst atıcılıq yarışlarının qızıl medalçısı olub.

Bu günlər 2020-ci il Tokio olimpiya oyunlarında iştirak üçün təcrübə əldə etmək ardınca olan Nəcme Xedməti pnevmatik tüfəng üzrə Danimarkada keçirilən sərbəst atıcılıq yarışlarında qızıl medal qazanıb.

Xedməti bu yarışların komanda hesabında isə bürünc medal əldə etmişdi.

Danimarkada təşkil olunan sərbəst atıcılıq yarışları on ölkədən 115 idmançının iştirakı ilə fevralın 13-dən 16-dək keçirilib.