Fev 17, 2020 19:02 Asia/Baku
  • İranın neft-kimya sənayesi məhsullarını himayə sərgisi
    İranın neft-kimya sənayesi məhsullarını himayə sərgisi

112 daxili şirkətin iştirakı ilə İranın Kiş adasında daxili neft-kimya sənayesi məhsullarını himayə üzrə ixtisas toplantısı və sərgisi keçirilib.

Kiş adasında neft-kimya sənayesi üzrə aktivistlər bir araya gəliblər ki, sanksiyaları boykot etməklə asılılığı kəsməyi və milli istehsal prosesini sürətləndirmiş olsunlar.

Hazırda neft, qaz və neft-kimya sənayesinə lazım olan təchizat və vəsaitlərin 60%-ni düzəldərək, təhvil verən şirkətlər.

M.K- Yəni iranlı istehsalçılar texnoloji səvviyyələrə, dizayn, istehsal və sınaq kimi texniki biliklərə yiyələniblər.

M.K- Biz bölgədə istehsal hazırlığına malik olan startap şirkətlərə istehsal obyektləri yaratmaq üçün yer də veririk.

Neft-kimya sənayesində 40 milyard dollar məbləğində inestisiyaya əsasən, bank həm daxili istehsalçıların, həm də neft-kimya sənayesi şirkətlərinin xidmətində olacaq.

Bu həmkarlıq tez bir zamanda öz bəhrəsini verdi və sərginin ilk gecəsində 20-dən çox mühüm müqavilə imzalandı ki, onların təkcə bir vəsaitinin təqribən 6 milyon dollar dəyəri var.

Bu ikigünlük sərgidə daxili bacarıqlar və məhsulların təqdimatından əlavə, daha artıq fikir mübadiləsi üçün 30 ixtisas işçi qrupu təşkil olunacaq.

İki ildən az bir müddətdə İranın neft-kimya sənayesinin gəliryaratma miqdarı 25 milyard dollara, 1404-cü günəş ilinin sonunadək isə 37 milyard dollara çatmalıdır. Bu hədəfin reallaşması ilə, İran 20illik perspektivdən sonra neft-kimya sənayesi sahəsində dünyanın beş üstün ölkəsi arasında olacaq.