Fev 24, 2020 08:13 Asia/Baku
  • “Qarabağ” qalib gəlib, paytaxt klubları heç-heçə edib
    “Qarabağ” qalib gəlib, paytaxt klubları heç-heçə edib

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki matç keçirilib.

Hər iki oyun Bakıda baş tutub. Öncə iki paytaxt təmsilçisi – “Sabah”la “Səbail” üz-üzə gəlib. Meydan sahibləri qarşılaşmanın 15-ci dəqiqəsindən azlıqda qalıb. Lakin Aftandil Hacıyevin yetirmələri bu üstünlükdən yararlana bilməyiblər.

Tura son çempion “Qarabağ” və Ağdam təmsilçisini cari mövsümdə məğlub edən yeganə komanda “Sumqayıt” arasında görüşlə yekun vurulub. Matçın taleyini Mahir Emrelinin ikinci hissədə vurduğu qol həll edib. Bu qol Mahirə bombardirlər yarışında liderə şərik olmaq imkanı verib.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” səfərdə “Qəbələ”yə 2:0, “Keşlə” evdə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.