Fev 29, 2020 21:29 Asia/Baku
  • Şazənd neft-kimya kompleksində karbohidrogen buxarları istehsalı layihəsi açılıb
    Şazənd neft-kimya kompleksində karbohidrogen buxarları istehsalı layihəsi açılıb

Şazənd neft-kimya kompleksində ildə bir milyon 800 min ton müxtəlif kimyəvi və polimer məhsul istehsal olunacaq və “Kəhab” layihəsinin işə salınması ilə karbohidrogen buxarlarının yayılmasının qarşısı alınacaq.

Bütün ölkədə neftayırma zavodları və neft-kimya komplekslərində gündə minlərlə ton karbohidrogen birləşmələri yüklənir. Bu yüklərin yüklənməsi zamanı karbohidrogen buxarlarının yayılması, havanı çirkləndiribdir.

Mohəmmədpour- Şazənd neft-kimya kompleksinin direktoru: Yanacaqdoldurma məntəqələri kimi burada da buxarlar olduqca çox idi.

Şazənd neft-kimya kompleksinin mütəxəssisləri “Kəhab” adlı layihə ilə meydana gəliblər.

Vələdxani- Şazənd neft-kimya kompleksinin icraçı müdiri: “Kəhab”ın işə salınması ilə ətraf mühitə daxil olan çirkləndiricilərin bir hissəsinin qarşısını ala bildik. Bu layihənin investisiyası bir milyon yüz min avro xarici və üç milyard tümən daxili valyuta olubdur.

Ağazadə- Ərak valisi: İtalyanlar bu işi görməli idilər, lakin gəlmədilər. Amma bizim yerli mühəndislərimiz gəldilər.

Şazənd neft-kimya kompleksində ixracat məqsədilə gündə min ton, yarımbenzin birləşmələr olan karbohidrogen yüklənir ki, Kəhab layihəsindən bəhrələnməklə onun buxarlarının yayılması minimuma enibdir.

Mirzayi-mühafizə müdiri: Kəhab çirklənməyə bais olan ildə təqribən 800 ton yüngül və ağır karbohidrogenin toplanmasına səbəb olubdur.