Mart 06, 2020 14:22 Asia/Baku
  • İranlı ixtiraçıların beynəlxalq müvəffəqiyyəti

İranın ixtiraçılar qrupu Tailandda keçirilən ixtiralar və innovativ texnologiyalar üzrə beynəlxalq müsabiqədə dörd qızıl və gümüş medal qazanıb.

İranın məktəbli və tələbələrdən ibarət ixtiraçılar qrupunun üzvləri öz elmi bacarıqlarını nümayiş etdiriblər. Belə ki, Tailand milli universitetinin beynəlxalq universitet müsabiqəsində on ixtira ilə iştirak edən ixtiraçılarımız bu müsabiqədə iki qızıl və iki gümüş medaldan əlavə, iki xüsusi mükafat və fəxri diplom əldə ediblər. Onlar həmçinin Cənubi Koreyanın KİPA müəssisəsi tərəfindən ən yaxşı beynəlxalq kostruktor fəxri adı ilə təltif olunublar.

Bu müsabiqədə ABŞ, Almaniya, İngiltərə, Fransa, Xorvatiya, Tayvan, Hindistan, Malayziya, Ərəbistan, Türkiyə, Cənubi Koreya və Yaponiya iki min ixtiraçı ilə iştirak ediblər.

 

İRANLI İXTİRAÇILARIN BEYNƏLXAQ UĞURLARI