Mart 12, 2020 12:59 Asia/Baku
  • İranlı futbolçu qadın dünyanın seçilmiş futbolçuları sırasında

İranın qadınlardan ibarət yığma futzal komandasının qapıçısı Fərzanə Təvəssoli 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən yaxşı qadın futzal qapıçıları sırasında durubdur.

"Futsal Planet" adlı futzal saytı dünən bir açıqlamada İranın qadınlardan ibarət yığma futzal komandasının qapıçısının adını 2019-cu ildə dünyanın ən yaxşı on qadın futzal qapıçıları sırasında çəkibdir.

Bu siyahıda Braziliya, İtaliya, Uruqvay, Rusiya, Portuqaliya, İspaniya və Yaponiya kimi ölkələrin qadın futzal qapıçılarının adları yer tutur.

Bundan öncə də "Futsal Planet"ın bildirişinə görə, iranlı qadın hakim Gelareh Nazeminin adı da 2019-cu ilin ən yaxşı qadın futzal hakimləri sırasında yer almışdı.

 

İRANLI FUTZALÇI QADIN DÜNYANIN SEÇİLMİŞLƏRİ SIRASINDA