Mart 26, 2020 08:16 Asia/Baku
  • Çində yeni süni peyk buraxılıb
    Çində yeni süni peyk buraxılıb

Çin çərşənbə axşamı günü Siçuan əyalətində yerləşən Sitsyan kosmodromundan yer orbitinə bir neçə yeni uzaq məsafədən ölçmə peyki buraxıb.

Yaoqan-30 peyklər ailəsinə daxil olan bu peyklər qrupu "Long March-2C" tipindən olan raket daşıyıcısı vasitəsilə kosmosa göndərilib.

Bu peyklər nəzərdə tutulan orbitlərə daxil olublar. Onlar elektromaqnit mühitin müəyyən edilməsi və onunla bağlı texniki sınaqlar sahəsində fəaliyyət göstərəcəklər.

ÇİN KOSMOSA YENİ SÜNİ PEYK BURAXIB