Mart 29, 2020 16:55 Asia/Baku
  • Anti-malyariya dərmanı əsasında antivirus dərmanı
    Anti-malyariya dərmanı əsasında antivirus dərmanı

Rusiya bildirib ki, malyariya xəstəliyinə qarşı kimyəvi profilaktika dərmanı olan "mefloxin" əsasında bir dərman hazırlayıb. Bu dərman COVID-19 xəstələri üçün nəzərdə tutulubdur.

Rusiya Federal Biotibb Agentliyi bildirib ki, bu dərman virusun hüceyrələrdə yayılmasına mane olur. Nəticədə virusdan qaynaqlanan iltihab prosesini dayandırır. 

Rusiya Federal Biotibb Agentliyinin direktoru Veronika Skvorotsova bildirib ki, qənaətbəxş təsirə nail olmaq üçün mefloxin antibiotiklərlə müşayiət olunmalıdır ki, bu yolla ağ ciyərlərdə və qan plazmasında antivirus amillərinin təmərküzləşməsinin artması imkanı yaranmış olsun.

O, sonra deyib: Bu iş koronavirusun müxtəlif dərəcələrinə yoluxmuş xəstələrin təsirli müalicəsini təmin edəcəkdir.

Bundan öncə Rusiya hökuməti koronavirusa yoluxma ilə bağlı 228 yeni halın təsdiq olunmasından və bu ölkədə yoluxanların ümumi sayının 1264 nəfərə çatmasından xəbər vermişdi. Bu arada səkkiz nəfər də COVID-19-a yoluxma nəticəsində həyatını itiribdir.

RUSLAR COVID-19-A QARŞI BİR DƏRMAN DÜZƏLDİBLƏR