Apr 01, 2020 19:36 Asia/Baku
  • Bir ekzoplanetdə dəmir yağışı
    Bir ekzoplanetdə dəmir yağışı

Astronomlar bir ekzoplanet kəşf ediblər. Onun səthində hərarət 2400 dərəcə selsiyə çatır və onda dəmir yağışı yağır.

Astronomlar Çilidə yerləşən ən iri teleskopdan istifadə edərək, «WASP-76 B» adlı son dərəcə isti bir planet müşahidə ediblər. Bu planet öz ana planeti ilə sinxron qravitasiya fırlanmasına malikdir. Bu, o deməkdir ki, onun bir tərəfində həmişə gündüzdür və 2400 dərəcə selsiyədək qızır. Bu hərarət planetin üzərindəki metalların buxarlanmasına səbəb olur.

Maraqlı cəhət budur ki, qasırğalar bu buxarlanmış metalları özləri ilə planetin, həmişə gecənin hökm sürdüyü və daha soyuq olan o biri tayına aparırlar. Planetin bu tayında temperatur, təqribən 1500 dərəcə selsidir. Orada dəmir buxarı soyuyaraq, dəmir damcıları formasına düşür və planetin üzərinə yağır.

Astronomlar VTL teleskopu üzərində quraşdırılmış «Esperso» spektrometrin köməyilə bu planeti izləməyə və onun iki tərəfi arasındakı fərqli dəyişiklikləri aşkara etməyə müvəffəq olublar.

Bu ekzoplanet, yerdən minlərlə dəfə çox, yerin günəşdən aldığı şüalanmaya məruz qalır və bu şüalanmalar metalların buxarlanması və sonradan bu planetin üzərinə dəmir yağışı kimi yağması üçün onun səthini kifayət qədər qızdırır.

BIR EKZOPLANETDƏ DƏMİR YAĞIŞI