Apr 03, 2020 21:29 Asia/Baku
  • Kətələ-Xor mağarasının gözəllikləri
    Kətələ-Xor mağarasının gözəllikləri

Uzaq keçmişlərə qayıtmaq üçün xas bir aparata ehtiyac yoxdur. Şəxsi avtomobillərlə də 30 milyon il bundan geriyə səfər edə bilərik. Təkcə yetər ki, İranın Zəncan vilayətinə səfər edib, Xodabəndə şəhərində Kətələ-Xor mağarasının yerini öyrənək.

 

Kətələ-Xor mağarası Xodabəndə şəhərinin Gərmab bölməsinin beş kilometrliyində yerləşir. Müxtəlif nəzəriyyələrə əsasən, bu mağara miqyas baxımından dünyanın ikinci, gözəllik cəhətdən isə dünyanın birinci mağarası kimi tanınır.

Uzunluğu təqribən on kilometr olan mağara üçüncü geoloji dövrdə meydana gəlib. Hərçənd mağaranın insan tərəfindən ilk dəfə tapıldığı il məlum deyil, amma bölgə əhalisi elə əvvəldən bu mağaraya gedib-gəlirmiş. Bölgədəki yaşlı insanların sözlərinə görə, onların ataları da bu mağaradan gedib-gəlirmişlər.

 

Böyük keçmiş, geniş vüsət, mərtəbələrin çeşidliliyi və sayı, qəndillərin təşkilindəki müxtəliflilik kimi özünəməxsus xüsusiyyətlər dünyanın ən iri quru və əhəng mağaralarından birinin tərkib hissələridir. Buranın yaşını 27-30 milyon il təxmin ediblər. Ümumiyyətlə əhəngli bir məntəqədir və üçüncü geoloji dövr olan senozoy dövrünə aid olan «Qum formalaşması»nın əhənglərindən təşkil olunubdur. Bu geoloji dövr Oliqosen və Miosen dövrləri arasında mövcud olub və məhz onların əsasında onun yaşını 27-39 milyon il təxmin ediblər.

Mağaranın içərisindəki qəndillər çox gözəl mənzərəyə malikdirlər. Xüsusən onların üzərinə işıq salınarkən yaşıl, narıncı, göy və boz rənglərdə görünərək, hər baxanın gözlərini oxşayır.

Son illərdə Kətələ-Xor mağarasına gələn daxili və xarici turistlərin və müsafirlərin sayının artmasına görə, bu məkanda müxtəlif rifah imkanları, o sıradan restoran, yaşayış suitləri, alaçıqlar və CNG məntəqələri yerləşdirilibdir.

KƏTƏLƏ-XOR MAĞARASININ GÖZƏLLİKLƏRİ