May 29, 2020 07:43 Asia/Baku

Bu gün "YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir.

SəhərAzəri - Trend-in TASS-a istinadən verdiyi məluamta görə, bu barədə "Traybeki"nin rəsmi saytı xəbər yayıb.

Növbəti 10 gün ərzində Kann, Berlin, London, Venesiya, Tokio və "Sundance" də daxil olmaqla dünyanın 21 ən böyük festivalı qlobal kino onlayn-forumunda filmlər nümayiş etdirəcək.

Vahid beynəlxalq festival yaratmaq qərarı koronavirus pandemiyası ilə əlaqədar əksər milli festivalların ləğv edildiyi və ya daha sonrakı tarixə salındıqlarına görə qəbul edilib.

"We Are One" kino festivalı çərçivəsində 35 ölkədən 100-dən çox film, o cümlədən 13 dünya, 31 onlayn premyerası, 23 tam və 57 qısametrajlı, sənədli filmlər, arxiv lentləri və digərləri nümayiş olunacaq. Tamaşaçılar filmləri pulsuz seyr etməkdən əlavə eyni zamanda görkəmli rejissorların çıxışlarını, dünya film bazarının aparıcı mütəxəssisləri ilə müzakirələri dinləyə, bir çox film festivallarında müşayiət olunan rəngarəng şoular və təqdimatlardan zövq ala bilərlər.

Teqlər