İyul 06, 2020 08:14 Asia/Baku
  • Əməkdar artist Tofiq Hüseynov vəfat edib

Azərbaycanın tanınmış simalarından olan Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı təsdiqləyib.

O bildirib ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseynov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!".

 

Teqlər