Sen 23, 2020 11:20 Asia/Baku
  • Süni intellekt osteoartrozu üç il tez proqnoz edir

Tibb sahəsində süni intelektdən istifadə ilə osteoartrozu üç il öncədən müəyyən etmək olar.

Səhər Azəri bildirir ki, tədqiqatçılar öz yeni araşdırmalarında süni intellektə əsaslanan bir model ixtira ediblər ki, osteoartroza tutulmanı onun baş verməsindən üç il tez proqnoz və diaqnoz edə bilir.

Bu əsasda süni intellekt, qığırdaq toxumasını analiz etməklə xəstəliyin köhnələrək, oynaq ağrılarına bais olmasından üç il öncə osteoartrozu müəyyən edə bilir.

Mövcud olan informasiyalar ondan söz açır ki, bu süni intellekt modeli osteoartrozun əlamətlərini tapmaq sahəsində təlim görübdür. Qeyd olunan model bu işi qığırdaq toxumasının xəritələrini araşdırmaq və digər nəticələrlə müqayisə etməklə həyata keçirir.

Con Hopkins xəstəxanasının tədqiqatçıları heç bir osteoartroz nişanəsinə malik olmayan 86 nəfərdən çox insanın skan əməliyyatının nəticələrini araşdırmaq üçün süni intellekt modelindən istifadə ediblər.

Maşının yaddaş modeli osteoartrozu onun ilk etaplarında 78 faiz dəqiqliklə proqnoz edə bilibdir.

İngiltərədə təqribən səkkiz tam onda beş milyon nəfər osteoartroza tutulubdur.

Əgər bu xəstəlik vaxtında diaqnoz edilə bilinərsə, çəki azaldılması ilə idmanın qarışığı, onun şiddətini azalda və ya onu təxirə sala bilər.

Teqlər