Sen 23, 2020 20:17 Asia/Baku
  • COVID-19 parkinson xəstəliyini fəallaşdırır

Son zamanlar həyata keçirilmiş yeni bir araşdırmanın nəticələri göstərir ki, COVID-19 xəstəliyinə yoluxma, parkinson xəstəliyinin baş qaldırması riskini artırır.

Səhər Azəri xəbər verir ki, Avstraliya universitetinin nevroloqlar qrupu bildiribdir ki, COVID-19-a yoluxmanın parkinson xəstəliyinə tutulma təhlükəsini artıra bilməsi barədə faktlar mövcuddur.

“Flori” Nevrologiya Elmləri və Sağlamlıq İnstitutunda nevrologiya elmləri alimlərindən ibarət qrupun yeni məqaləsi xəbərdarlıq edibdir ki, parkinson xəstəliyinin sönmüş dalğası gələcəkdə insanların koronavirusa yoluxmaları nəticəsində formalaşa bilər.

Tədqiqatçıların sözlərinə görə, koronavirusun beynin əsəb sisteminə hücumu neyronların qeyri-adi rəftarları və reaksiyalarına gətirib çıxara bilər. Nəticədə parkinsona tutulmanın əsas amiili olan əsəb pozğunluğu fenomeni baş verər.

Parkinson xəstəliyi beynin əsas qanqlilərində dopamin ifraz edən neyronların tədrici ölümü ilə formalaşır.

Parkinson xəstəliyinin baş verməsinin səbəbi hələ məlum deyil, amma əksər tədqiqatçılar bunun bir sıra genetik və ekoloji amillərin nəticəsi olması qənaətindədirlər.

Teqlər