Sen 25, 2020 13:09 Asia/Baku
  • «Perspolis» qrup birincisi kimi növbəti etapa vəsiqə qazandı

«Perspolis» rəqibi «Şarcə»ni darmadağın edərək, qrup birincisi kimi növbəti etapa vəsiqə qazandı

Səhər Azəri xəbər verir ki, Tehranın «Perspolis» futbol klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinin son matçında əmirliklərin «Şarcə» klubunu dörd-sıfır hesabı ilə məğlub edib.

«Perspolis» futbol komandası Asiya Çempionlar Liqasının üçüncü qrupunda özünün sonuncu və mühüm görüşündə saat 21-30 dəqiqədə Doha şəhərinin «Casim bin Həməd» stadionunda əmirliklərin «əl-Şarcə» komandası ilə görüşüb və qətiyyətli dörd-sıfır hesabı ilə əmirliklərdən olan rəqibini məğlub etməyə müvəffəq olubdur.

Qırmızılar elə bir halda «əl-Şarcə» qarşısında meydana giriblər ki, əmirliklərin komandası öncəki iki görüşdə Qətərin «əl-Duhail» komandasına dörd, Ərəbistanın «əl-Taavun» klubuna isə altı qol vurmuşdu.

Bu qələbə ilə «Perspolis» on xal yığıb və «əl-Duhail»in «əl-Taavun»a məğlub olmasına görə, qrupun birinci komandası kimi səkkizdə bir finala vəsiqə qazanıbdır.

Teqlər