Sen 26, 2020 20:43 Asia/Baku
  • Loftus-Çik Çelsini tərk edə bilər

Çelsi Futbol komandasının 24 yaşlı yarımmüdafiəçisinin Premyer Liqanın digər bir komndasına transfer edilməsi mümkündür; Loftus-Çik Çelsini tərk edə bilər.

Səhər Azəri bildirir ki, bu barədə Qardian qəzeti məlumat yayıb.

Məlumata görə,  Çelsi komandası müxtəlif postlar üzrə çoxsaylı alış-verişdən sonra, transfer mövsümünün sonuna qədər heyətini ixtisar etməyi düşünür. Bu istiqamətdə onun bir neçə oyunçusunun digər komandalara transfer imkanı vardır.

Gardian qəzetinin məlumatına görə, bunlardan biri də Roben Loftus-Çikdir. Hansı ki, bu il Frenk Ləmpard komandasıda əlavə oyunçu olacağı ehtimal olunur.

Texniki yarımmüdafiəçi West Ham və Aston Villa klublarının diqqət mərkəzindədir və bir, hətta iki mövsüm boyunca qonaq qismində çıxış etməsi mümkündür. 

Cari mövsümdə Loftus-Çik bir matçda mavi geyimlilər üçün meydana gedib və məqbul oyun nümayiş etdirib.

"Transfermarket" saytı onun dəyərini 24 milyon avro təxmin edib.

Teqlər